Azәrbaycan prezidenti İlham Әliyev Rusiya nümayәndә heyәtini qәbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

1531973
Azәrbaycan prezidenti İlham Әliyev Rusiya nümayәndә heyәtini qәbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin rəhbəri Anna Popova da iştirak ediblər.

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, İlham Әliyev imzalanan üçtәrәfi müqavilәnin bölgәdә uzun müddәtli sülhün tәmin olması baxımından әhәmiyyәt kәsb etdiyini vurğulayıb.

Azәrbaycan prezidenti İlham Әliyev Rusiya prezidenti Vladimer Putinin atәşkәsin tәmin olunması üçün önәmli rol oynadığını vurğulayaraq Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın tәhlükәsizlik tәdbirlәrinin möhkәmlәnmәsi işindә mühüm rol üzәrinә götürdüyünü qeyd edib.

Lavrov isә öz növbәsindә İlham Әliyevin bölgәdәki razılaşma mәsәlәsini hәr zaman vurğulamasına xüsusi әhәmiyyәt verdiklәrini deyib.

Görüşdәn sonra keçirilәn mәtbuat konfransında çıxış edәn Lavrov Türkiyәnin bölgәdәki rolu ilә bağlı  deyib: ‘‘Putinin dә dediyi kimi Türkiyә bu bölgә daxil olmaqla önәmli bir faktordur. Türkiyә bir çox istiqamәtdә bizim tәrәfdaşımızır’’.

 



Әlaqәli Xәbәrlәr