İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

1528849
İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonundan görüntülər paylaşıb.

Görüntülərdə Prezident Əliyevin bu ziyarətləri özünün istifadə etdiyi maşınla reallaşdırdığı görülür.
Əliyev görüntülərdə Cəbrayıl rayonunda olduqlarını  və tarixi Xudafərin körpüsü istiqamətində getdiklərini söyləyir.
Əliyev dağılmış evləri göstərərək, "Bunlar vəhşicəsinə düşmən tərəfindən dağıdılan Azərbaycan vətəndaşlarının evləridir" deyir.
Görüntülərdə Əliyev Araz çayına işarə edərək ,"Bu, Azərbaycanla İran arasındakı sərhəddir; dostluq sərhədidir" deyir.
Sosial media şəbəkələrində paylaşılan başqa bir görüntüdə İlham Əliyevin Azərbaycan bayrağını öpərək qaldırdığı yer alıb. 

Azәrbaycan prezidenti İlham Әliyev Füzuli vә Şuşa arasında salınacaq yolun tәmәlqoyma mәrasiminә dә qatılıb. Bu layihәnin işğaldan azad edilәn torpaqlarda hәyata keçirilәn ilk layihә olduğunu bildirәn İlham Әliyev  Şuşanın azad edilmәsi ilә Ermәnistanın müqavimәt göstәrmәsinin mәnasız olduğunu ifadә edib.

Ermәnistanın bölgәyә illәrdir verdiyi ziyanın hesablanacağını, zәrәr çәkәnlәrin haqqlarının dövlәt tәrәfindәn odәnәcәyini bildirәn İlham Әliyev insanların öz yurd-yuvalarına geri qayıdacağını qeyd edib.

Füzulinin kәndlәri vә şәhәr mәrkәzinin yerlә-yeksan edildiyini bildirәn Әliyev vurğulayıb ki, bütün dünya ermәni vәhşiliyinin nә demәk olduğunu bilmәlidir. Bunu bütün dünyaya göstәrәcәyik.



Әlaqәli Xәbәrlәr