Paşinyanın təslim olma razılaşmasını imzalamasının səbəbi

Ermənistanın Baş naziri Nikol Paşinyan resurslar tükəndiyi üçün ordunun Qarabağ üzrə razılaşmanı imzalamağa təkid etdiyini söyləyib.

1525258
Paşinyanın təslim olma razılaşmasını imzalamasının səbəbi

Ermənistanın Baş naziri Nikol Paşinyan resurslar tükəndiyi üçün ordunun Qarabağ üzrə razılaşmanı imzalamağa təkid etdiyini söyləyib. 

Facebook hesabında canlı yayımda danışan Paşinyan “Ordu dayanmağın vacibliyini bildirdi. Çünki problemlərimiz var, amma bunlar üçün heç bir həll yolu yoxdur və ya resurslarımız tükənib " ifadələrindən istifadə edib.
Hərbi qaynaqlardakı çatışmazlıqlarla yanaşı cəbhədəki döyüşçülərin sayının azaldığını ifadə edən Paşinyan “Ordu deyirdi ki, dayanmaq lazımdır. Elə məsələlər var ki, onların ya həlli perspektivi yoxdur, ya da resurslar tamamilə bitib. Ön cəbhədə döyüşənləri əvəz edən yox idi. Elə döyüşçülər var idi ki, bir ay əvəz olunmadan döyüşüb. Nəticədə rəhbərlik müharibəni dayandırmaq qərarına gəldi” deyib.
Dağlıq Qarabağdakı münaqişələrə son qoyan razılaşma ilə əlaqədar olaraq Paşinyan bir müddət əvvəl “Özüm və hamımız üçün çox çətin bir qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bəyannamə imzaladım. Yayımlanan açıqlama mənim üçün və xalqımız üçün təsviredilməz dərəcədə ağrılıdır" ifadələrindən istifadə etmişdi.



Әlaqәli Xәbәrlәr