Azərbaycan Ordusu daha 13 kəndi Ermənistanın işğalından azad edib

Azərbaycan Prezidenti İlham Əliyev müzəffər Azərbaycan Ordusunun daha 13 kəndinin Ermənistanın işğalından azad edildiyini bildirib.

1514877
Azərbaycan Ordusu daha 13 kəndi Ermənistanın işğalından azad edib

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 23-dək 3 şəhər, 3 qəsəbə və 149 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 58 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 34 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı rayonunun 4 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.



Әlaqәli Xәbәrlәr