Paşinyan: "Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur"

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlarını "cəbhədə döyüşməyə" çağıraraq, hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını iddia edib.

1513575

Paşinyan feysbuk səhifəsindəki canlı yayımda Dağlıq Qarabağa ölkəsinin hücumları ilə başlayan və Azərbaycan Ordusunun çox sayda yaşayış məntəqəsini işğaldan azad etməsinə dair prosesə münasibət bildirərək deyib:

“Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin, ən azı bu mərhələdə, bu mərhələdən başlayaraq, diplomatik həll yolu yoxdur”.

Onun sözlərinə görə, erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək.

Qeyd edək ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək üçün 27 sentyabrda başladığı əməliyyatda indiyədək 3 şəhər və yüzdən çox yaşayış məntəqəsini azad edib.

Әlaqәli Xәbәrlәr