Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı olub

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağ mövzusunu müzakirə edib.

1513573
Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı olub

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağ mövzusunu müzakirə edib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.

Qeyd edək ki, Bayramov oktyabrın 21-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla bir araya gələrək Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmişdi. 



Әlaqәli Xәbәrlәr