İlham Əliyev:''Azərbaycan Ordusu Zəngilan rayonunu işğaldan azad edib''

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

1512601
İlham Əliyev:''Azərbaycan Ordusu Zəngilan rayonunu işğaldan azad edib''

Azərbaycan Ordusu Zəngilan rayonunu işğaldan azad edib.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Daha sonra dövlət başçısı Zəngilan rayonu üzrə işğaldan azad edilən əraziləri sadalayıb: "Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"

Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin adını dəyişdirib.

İlham Əliyev xalqa müraciətində Vəng kəndinə yeni Azərbaycan adı verdiyini bildirib.

 “Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Ermənistan ordusunun mülki yaşayış məntəqələrinə təşkil etdiyi hücum nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumatda bildirilib. Məlumatda Ermənistan qüvvələrinin Tərtər rayonuna ağır zərbələr endirdiyi ifadə edilib. Hücum nəticəsində bir nəfərin də yaralandığı vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr