Türkiyə Ermənistanın mülki obyektlərə hücumunu sərt şəkildə qınadığını bildirdi

Türkiyə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərinə qarşı davam edən hücumlarını sərt şəkildə qınadığını bildirib.

1509770
Türkiyə Ermənistanın mülki obyektlərə hücumunu sərt şəkildə qınadığını bildirdi

Türkiyə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərinə qarşı davam edən hücumlarını bərt şəkildə qınadığını bildirib. 

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki,Ermənistan ordusu son olaraq bu gün Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həyatını itirib, beş nəfər yaralanıb. Ermənistan hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi üçün 10 oktyabrda elan edilən humanitar atəşkəsə məhəl qoymamaqda davam edir. İnsanlıqdan nəsibini almayanlar azərbaycanlı qardaşlarımızın cənazələrini belə dəfn etmələrinə icazə vermirlər. Bu son hücumla Ermənistan humanizm və hüquq tanımayan üzünü bütün dünyaya bir daha nümayiş etdirdi. Türkiyənin qəhrəman Azərbaycan xalqı ilə həmrəyliyi daimi və tamdır.



Әlaqәli Xәbәrlәr