İlham Əliyev: "Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək"

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hərbi siyasi rəhbərliyinin törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.

1506867
İlham Əliyev: "Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək"

"Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək.

“Toplanmış materiallar həm prokurorluq, həm də XİN xəttilə aidiyyatı beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq ki, biz beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq”.

Bunu Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycanın ikinci böyük şəhərinə gedən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Haciyev “Beynəlxalq ictimaiyyəti baş vermiş bu hadisələrə adekvat cavab verməyə çağırırıq” deyə əlavə edib. 



Әlaqәli Xәbәrlәr