Azәrbaycan Müdafiә Nazirliyi: ‘‘Ermәnistan ordusu itki vermәyә davam edir’’

Azәrbaycan ordusunun torpaqlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әks-hücumlar nәticәsindә Ermәnistan ordusu itki vermәyә davam edir.

1500488
Azәrbaycan Müdafiә Nazirliyi: ‘‘Ermәnistan ordusu itki vermәyә davam edir’’

 

Azәrbaycan ordusunun torpaqlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әks-hücumlar nәticәsindә Ermәnistan ordusu itki vermәyә davam edir.

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, 2 ədəd "OSA” zenit-raket kompleksi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 16 tankı, 4 ədəd D-20 haubitsa-topu vә iki yük maşını  məhv edilib.

Ermәnistan ordusunun Azәbaycandakı mülki yaşayış mәntәqәlәrinә tәşkil etdiyi hücumlar nәticәsindә hәyatını itirәnlәrin sayı 15-ә, xәsarәt alanların sayı da 49-a çatıb.

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

Azәrbaycan Respublikasının Baş Prokurorluğundan verilәn bәyanatda isә ermәni qüvvәlәrin dövlәt binalarını, tibb mәrkәzlәrini, mәktәb vә uşaq bağçalarını hәdәf aldığı bildirilib.

Ermәnistan ordusunun sentyabrın 27-dәn etibarәn hәyata keçirdiyi hücumlar nәticәsindә hәmçinin 116 mәnzil vә 26 dövlәt binasına ciddi ziyan dәyib.



Әlaqәli Xәbәrlәr