Prezident İlham Əliyev: "Beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyətin Ermənistanın Baş naziri Nikol Paşinyanın etdiklərinə göz yumduğunu deyib.

1499496
Prezident İlham Əliyev: "Beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur"

"Beynəlxalq ictimaiyyət Ermənistanın Baş naziri Nikol Paşinyanın etdiklərinə göz yumur".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbulu zamanı deyib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev qəbulda Azərbaycanın bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyini, bu qarşılıqlı dəstəyin iki ölkə arasındakı əməkdaşlığın qardaşlıq xüsusiyyətini əks etdirdiyini deyib.

Pakistanın Ermənistanı ölkə olaraq rəsmiyyətdə tanımadığını xatırladan Prezident "Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük.Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır" deyə bildirib.

"Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək" deyə Prezident vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr