Azәrbaycan MN: ‘‘Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir''

Azәrbaycan-Ermәnistan cәbhә xәttindә gecә boyu  qardığurmalar davam edib.

1499130
Azәrbaycan MN: ‘‘Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir''

Azәrbaycan-Ermәnistan cәbhә xәttindә gecә boyu  qardığurmalar davam edib.

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn bәyanatda Ermәnistan qüvvәlәrinin Füzuli-Cәbrayıl vә Ağdәrә-Tәrtәr istiqamәtindә itirdiklәri mövqelәri  geri qaytarmaq üçün hücuma cәhd etdiyi bildirilib.

Bәyanatda Azәrbaycan ordusunun bu bölgәlәrdәki birliklәrinin Ermәnistan qüvvәlәrinin hücumunun qarşısını aldığı vurğulanıb. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.

Müdafiә Nazirliyindәn verilәn başqa bәyanatda bildirilib ki,  Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

Nazirlikdәn  bildirilib ki, səhər radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı məhv edilib.

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

Bunu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Vaqif Dərgahlı bildirib ki, nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyəsi üçün nəqliyyat vasitələri ilə kömək göstərilməsini istəyib.

Vaqif Dərgahlı Ermənistan ordusunun alay komandirinin ağır yaralandığını bildirib.

"Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb", - o vurğulayıb. 



Әlaqәli Xәbәrlәr