Türkiyə-Azərbaycan birgə taktiki-uçuş təlimləri davam edir

Türkiyə ilə Azərbaycan silahlı qüvvələrinin Azərbaycanda başlatdığı birgə hərbi təlim "TurAz Qartalı-2020" davam edir.

1470638
Türkiyə-Azərbaycan birgə taktiki-uçuş təlimləri davam edir

Türkiyə ilə Azərbaycan silahlı qüvvələrinin Azərbaycanda başlatdığı birgə hərbi təlim "TurAz Qartalı-2020" davam edir.

Birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin mərhələsinin ssenarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Digər tərəfdən, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə də davam edir.

Bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

 



Әlaqәli Xәbәrlәr