Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

1468189

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərin ssenarisinə uyğun olaraq bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də digər təlim-döyüş tapşırıqlarını icra ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin paylaşım etdiyi görüntülərdə əsgərlərin helikopterlərlə əraziyə endiyi görünür.

Təlim çərçivəsində tank və zirehli texnikanın də dəstəyini götürən əsgərlər təmsili düşmənin mövqelərinə əməliyyat təşkil ediblər.

Təlimlərin ssenarisinə uyğun olaraq bölmələr bir sıra mövqeləri düşməndən təmizləyiblər.

Әlaqәli Xәbәrlәr