Azərbaycan Ordusu Ermənistana məxsus iki ədəd taktiki PUA-nı məhv edib

Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib.

1458862
Azərbaycan Ordusu Ermənistana məxsus iki ədəd taktiki PUA-nı məhv edib

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.



Әlaqәli Xәbәrlәr