Azərbaycan ordusundan biri general-mayor olmaqla 7 hərbçi şəhid olub

Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev iki gündür davam edən qarşıdurmalarda Ermənistan ordusunun çox sayda hərbi vasitə və mövqelərinin məhv edildiyini söyləyərək deyib

1454799
Azərbaycan ordusundan biri general-mayor olmaqla 7 hərbçi şəhid olub
Azərbaycan_şəhid.jpg
azer.-erm. catisma.jpg
ermenistan mevzileri.jpg

 

  Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Düşmənin bu təxribatına qarşı Azərbaycan qoşunları tərəfindən daha sərt cavab tədbirləri görülərək qarşısı alınsa da, Azərbaycan ordusundan biri general-mayor olmaqla 7 hərbçi şəhid olub.

  Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev iki gündür davam edən qarşıdurmalarda Ermənistan ordusunun çox sayda hərbi vasitə və mövqelərinin məhv edildiyini söyləyərək deyib: “Qarşı hücumlarla Ermənistan ordusundan təxminən 100 əsgər öldürülüb. Azərbaycan ordusundan da itkilər var. Bu səhərki (14 iyul) qarşıdurmada general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub. Qarşıdurmalarda Azərbaycan ordusundan bir əsgər, iki mayor və iki ehtiyat zabiti də şəhid olub”.

  Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusuna aid mövqelərin vurulma anının havadan çəkilən görüntülərini sosial mediadan paylaşıb.

  Xatırladaq ki, Ermənistan ordusu iyulun 12-dən sərhədin Tovuz bölgəsində Azərbaycan mövqelərinə top atəşləri ilə hücum etmiş,  Azərbaycan ordusunun cavabı nəticəsində itki verərək geri çəkilmişdi.

  Ermənistan ordusu iyulun 13-ü günorta saatlarında da Tovuz rayonu sərhədindəki Şəbəkədəm və Dondar Quşçu kəndlərinə atəş açıb. Hücumda can itkisi olmayıb, bəzi evlər zərər çəkib.



Әlaqәli Xәbәrlәr