Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 iyun)

Azərbaycanda daha 478 nəfər koronavirusa yoluxub.

1441026
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 iyun)

Azərbaycanda daha 478 nəfər yeni növ koronavirusa yoluxub, 7 nəfər dünyasını

dəyişib. 

Azərbaycanda daha 478 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 13207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib. 5877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 426 min 394 test aparılıb.

Qeyd edək ki, bu günkü ölüm sayı (7 nəfər) bir gün ərzində qeydə alınan ən yüksək ölüm halı olaraq yeqdə alınıb. 

Ölkədə karantin rejiminin müddəti avqust ayının 1-dək uzadılıb.

21 iyun 5 iyul tarixləri arasında Bakı, Gəncə, Sumqayıq, Abşeron, Yevlax, Cəlilabad, Lənkaran və Masallıda küçəyə çıxmaq SMS ilə icazə alınaraq 2 saat mümkün olacaq.



Әlaqәli Xәbәrlәr