Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

Prezident Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq etdi.

1428590
Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Cümhuriyyəti Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib.

Bu barədə qərar Türkiyənin “Resmi Gazete”sində dərc edilib.

Sazişə əsasən, 90 günədək müddətə səfər etmək istəyən Türkiyə və Azərbaycanın etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Xatırladaq ki, daha əvvəl Azərbaycan və Türkiyə vətəndaşları 30 gün vizasız qala bilirdilər.



Әlaqәli Xәbәrlәr