Azərbaycanda hərbi qulluqçu şəhid olub

Azərbaycan-Ermənistan sərhədindəki təmas xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 1 əsgəri şəhid olub.

1365226
Azərbaycanda hərbi qulluqçu şəhid olub

Azərbaycan-Ermənistan sərhədindəki təmas xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 1 əsgəri şəhid olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələri Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki təmas xəttində atəşkəs rejimini pozub. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahlarla açdığı atəş nəticəsində baş verən təxribatının qarşısı alınarkən Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Cavab atəşi ilə susdurulan Ermənistan ordusunun 1 hərbi qulluqçusu ölüb, 1 zabiti yaralanıb.



Әlaqәli Xәbәrlәr