TİKA-nın 62-ci ofisi Lefkoşada açıldı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ölkə xaricindəki 62-ci ofisini Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada açdı.

1324656
TİKA-nın 62-ci ofisi Lefkoşada açıldı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ölkə xaricindəki 62-ci ofisini Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada açdı.

TİKA Lefkoşa Proqram Ofisinin açılışına Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar, baş nazir müavini və xarici işlər naziri Kurdet Özersay, turizm və ətraf mühit naziri Ünal Üstel, milli təhsil və mədəniyyət naziri Nazim Çavuşoğlu, nazirlər, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, nazir müavini Serdar Çam, Türkiyənin Lefkoşa səfiri Əli Murat Başçəri, TİKA-nın rəhbər əvəzi Serkan Kayalar, siyasətçilər, hərbi xadimlər ilə çox sayda təşkilat və təşkilatın nümayəndəsi qatıldı.

TİKA-nın Lefkoşada fəaliyyət göstərməsinin çox əhəmiyyətli olduğunu söyləyən baş nazir Ersin Tatar agentliyin təcrübəsilə ölkəsinə ciddi töhfəsinin olacağını söylədi.

Baş nazir Tartar “Şimali Kıbrıs Türk Cümhuriyyəti Şərqi Aralıq dənizində çox əhəmiyyətli bir mövqeydə və strateji mərkəzdədir. Ölkəmiz artıq Türkiyənin dincliyi, təhlükəsizliyi və sülhü üçün Şərqi Aralıq dənizindəki bu statusda fövqəladə əhəmiyyətli mövqeydədir.Münasibətilə Şimali Kıbrıs Türk Cümhuriyyətini gücləndirmək və rifahını artırmaq hamımızın vəzifəsidir” deyə bildirdi.

Mədəniyyət səhasindəki fəaliyyətlərlə Kıbrıs Türkünün mirasını qoruyacaqlarına və inkişaf etdirəcəklərinə diqqət çəkən Tatar bütün bunların da Şimali Kıbrıs Türk Cümhuriyyətinin lokomotiv sektoru olan turizminə dəstək olacağını vurğuladı.

Nazir Ersoy da TİKA-nın Balkanlardan Orta Asiyaya, Afrikadan Latın Amerikasına geniş bir coğrafiyada Türkiyənin insanın mərkəzdə olduğu siyasətlərinin konkret əsərlərini yaratdığını söylədi.

“Hazırda TİKA deyiləndə bütün dünyada həyata keçirilmiş təqribən 30 min layihə qürurla qarşımızda dayanır. Bu etibarlı güc hazırda Lefkoşada ofisini açaraq fəaliyyət sahəsini genişləndirir” deyə Ersoy qeyd etdi.



Әlaqәli Xәbәrlәr