Mustafa Akıncı: "Berlinə məlum olan gündəmlə gedirik"

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı Almaniyanın paytaxtı Berlində BMT-nin baş katibi ə Kıbrıs Rum İdarəçiliyinin başçısı ilə keçiriləcək üçtərəfli görüşə açıq bir gündəmlə yol xəritəsi müəyyənləşdirmək üçün getdiyini söyləyib.

1312086
Mustafa Akıncı: "Berlinə məlum olan gündəmlə gedirik"

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı Almaniyanın paytaxtı Berlində BMT-nin baş katibi Antonio Quterreş və Kıbrıs Rum İdarəçiliyinin başçısı Nikos Anastasiadis ilə keçiriləcək üçtərəfli görüşə açıq bir gündəmlə yol xəritəsi müəyyənləşdirmək üçün getdiyini söyləyib.

“Türk Agentliyi Kıbrıs”-ın (TAK) xəbərinə görə, prezident Akıncı Berlinə hərəkətindən əvvəl Ercan hava limanında mətbuat açıqlamasında deyib ki, Berlinə hansı nöqtədə olduğumuzu birlikdə müəyyənləşdirmək, bundan sonrakı yolda necə irəliləyəcəyimizi qərara almaq, yəni bir növ yol xəritəsini birlikdə planlaydırmaq üçün gedirik.  Berlin iclasından müsbət nəticələr əldə edilməsinə ümid edirəm. Çox ciddi gözləntilər olmasını istəmərəm. Açıq bir gündəmlə gedirik. İcraedici mövqeyimizin haqlarımızı qoruyaraq, sabit şəkildə sülhə, həll yoluna xidmət edən mövqeyimizə cavab gözlərik. Cənab baş katibin əhəmiyyətli rolunun olacağını dəyərləndirirəm.



Әlaqәli Xәbәrlәr