Azərbaycan XİN Rusiyaya etiraz notası verib

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

1301526
Azərbaycan XİN Rusiyaya etiraz notası verib

  Rusiya Federasiyasının Azərbaycan respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və onunla xarici işlər nazirinin müavini Xələf Xələfov görüşüb.

  Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Rusiyanın ölkədəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.

  Notada yazılır:

  “Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspert və akademik mərkəzlərin təmsilçilərilə görüşləri Ermənistanın artıq 30 ilə yaxındır işğal olunmuş ərazilərdə status-kvotonu möhkəmləndirməyə cəhdgösrtərmə və Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmətetmə sayılır.

  Bu kimi səfərlər dəyişməz olaraq təxribat xarakter daşıyır və Azərbaycan respublikasının suverenli və ərazi bütövlüyünə qarşı yönəlib, danışıqlar prosesinə zərbə vurur və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə salır. Habelə bu hərəkət 3 iyul 1997-ci il tarixli “Azərbaycan respublikası ilə Rusiya federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”nin müddəaları ilə qətiyyən uzlaşmır.

  Rusiya tərəfi bu cür səfərləri çox zaman “şəxsi səfər” adlandırır. Amma işğal edilmiş ərazilərdə qeyri-qanuni “hakimiyyət orqanları nümayəndələri”nin Rusiyadan Ermənistana keçməsi Azərbaycan respublikasına qarşı təcavüzün nəticələrini möhkəmləndirmək məqsədi daşıyır.

  Eyni zamanda, qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması RF-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət göstərməkdir. Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsini gözləyir.”



Әlaqәli Xәbәrlәr