Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Türkiyəyə dəstəyini bildirdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ersin tatar “Barış pınarı” (Sülh bulağı) hərəkatını dəstəklədiklərini və Türkiyənin yayında olduqlarını söyləyib.

1285471

Baş Nazirliyin açıqlamasına görə Tatar Türkiyənin cənub sərhədində yaradılmağa cəhd göstərilən terror dəhlizini məhv etmək, bölgəyə sülh və dincliyi gətirmək məqsədilə başladılan “Barış pınarı” əməliyyatı ilə əlaqədar deyib:

“Kıbrıs Türk xalqı hər zaman olduğu Türkiyəmizin yanındadır. Dualarımz Mehmetciyimiz və ordumuz üçündür”.

Tatar Türkiyənin özünə və dünya sülhünə yönəldilmiş terror təhdidinə son qoymaq və Suriyada təhlükəsiz bölgə yaratmaq məqsədilə “Barış pınarı” əməliyyatını başlatdığını vurğulayaraq, “Biz qələbə qazanılacağından, Suriyanın torpaq bütövlüyü təmin edilərək bölgəyə sülhün gətiriləcəğindən əminik. Allah Türkiyəmizin köməyi olsun” ifadələrini işlədib.

Әlaqәli Xәbәrlәr