Akıncı Qutarreş ilə görüşündən sonra açıqlama verdi

Mustafa Akıncı BMT baş katibi Antonio Qutarreşdən oktyabr, noyabr aylarında üçtərəfli yaxud da beştərəfli görüşlərlə əlaqədar təşəbbüs qaldıracağına dair mesaj aldıqlarını söylədi.

1279525
Akıncı Qutarreş ilə görüşündən sonra açıqlama verdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı BMT baş katibi Antonio Qutarreşdən oktyabr, noyabr aylarında üçtərəfli yaxud da beştərəfli görüşlərlə əlaqədar təşəbbüs qaldıracağına dair mesaj aldıqlarını söylədi.

Akıncı Qutarreş ilə BMT-nin mənzil-qərargahındakı görüşündən sonra açıqlama verdi.

Qutarreş ilə əhəmiyyətli və ətraflı görüş keçirdiklərini bildirən Akıncı son iki ildir Krans Montanadan bəridir ŞKTC-nin sabit mövqeyini davam etdirdiyini, Rum icmasının isə qeyri-sabit mövqe ortaya qoyduğunu söylədi.

BMT baş katibi Antonio Qutarreşdən oktyabr, noyabr aylarında üçtərəfli yaxud da beştərəfli görüşlərlə əlaqədar təşəbbüs qaldıracağına dair mesaj aldıqlarını qeyd edən Akıncı “Bu mövzuda əlbəttə Qutarreşin Kıbrıs məsələsi üçün vəzifələndirdiyi xüsusi nümayəndəsi Jane Holl Lutenin tərəflərlə yenidən görüş keçirməsinin söz mövzusu olacağını başa düşürük, Lute yenidən bölgəyə gələ bilər. Daha sonrakı bir tarixdə ya təkrar Nyu-Yorkda yaxud da baş katibin Avropada olduğu bir zamanda, uyğun bir şəhərdə görüş keçirilə bilər, ancaq əsas əhəmiyyətli olan bu görüşə hazırlıq işləridir” dedi.

Rum tərəfinin  qeyri-sabit mövqeyindən artıq əl çəkməsi və nəyin hədəf götürüldüyünün dəqiqləşməsinin vacibliyini vurğulayan Akıncı “Birincisi budur ki,  həllin siyasi bərabərlik daxilində olacağı çox dəqiqdir. “Siyasi bərabərlik” məfhumunun növbəli şəkildə rəhbərlik və qərarlarda təsirli iştirak etmə mövzusu da eləcə. Bu mövzuların artıq mübahisə edilməməsi vacibdir” ifadələrini işlətdi.  

Akıncı Şərqi Aralıq dənizindəki gərginliklərin hər kəsi narahat etdiyinə diqqət çəkərək, Şərqi Aralıq dənizində sülh və sabitliyə töhfə vermək üçün 13 iyulda bir təklif təqdim etdiklərini xatırlatdı.

Karbohidrogendən bir döyüş vasitəsi kimi istifadə etməkdən əl çəkib, əməkdaşlığa bunu çevirmək üçün etdikləri bu təklifi Avropa İttifaqına olduğu kimi, Qutarreşə də bir yazı ilə göndərdiklərini bildirən Akıncı  BMT-nin bundan sonra prosesə daha fəal iştirak göstərməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğuladı.

Akıncı “Kıbrıs Türk xalqı nahaq sanksiyalar və izolasiyalar altında yaşamaqda davam edir. Bu bizə edilən böyük bir haqsızlıqdır. Yeni bir müvəffəqiyyətsizlik istəmirik” deyə bildirdi.

Türk tərəfinin hər zaman sülh, sabitlik və ədalətli həll yolundan tərəf olduğuna işarə edən Akıncı bunun hansı çərçivədə olacağını bildirdiklərini söylədi.



Әlaqәli Xәbәrlәr