Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizindəki fəaliyyətlər barəsində açıqlama verdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu heç kəsin Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə mane ola bilməyəcəyini  söylədi.

1265941
Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizindəki fəaliyyətlər barəsində açıqlama verdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu heç kəsin Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə mane ola bilməyəcəyini  söylədi.

Mövlud Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə (ŞKTC) səfəri zaman Yeni Erenköydə vətəndaşlarla görüşüb.

Çavuşoğlu görüş zamanı etdiyi çıxışda Türkiyənin heç tərəddüd etmədən, heç bir güzəştə getmədən Kıbrıs Türk xalqının yanında olduğunu və olmaqda davam edəcəyini bildirib.

Türk tərəfinin Şərqi Aralıq dənizindəki qaynaqlarla əlaqədar paylaşmağı istəyən, ədalətli və həll yolu təklif edən birgə komissiya qurmağı təklif etdiyini xatırladan Çavuşoğlu “Rum tərəfi buna dərhal etiraz etdi. Çünki onların dərdi başqadır. Xəbərdarlıq edirik ki, sizin burada yəni arxasına sığındığınız kimsə, istər Avropa İttifaqı olsun, istər Yunanıstan olsun, istər kim olarsa olsun heç kəs bizim buradaki fəaliyyətlərimizə mane ola bilməz və ola bilməyəcəkdir. Burada atacağımız addım bölüşməyi öyrənməkdir” deyib.

Rum tərəfinin Şərqi Aralıq dənizində karbohidrogen fəaliyyətlərini Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq davam etdirdiyini xatırladan Çavuşoğlu “Biz onlara bu ada ətrafındakı karbohidrogen zənginlikləri üzərində Kıbrıs Türk xalqının da haqqının olduğunu söylədik və qətiyyətlə Kıbrıs Türk xalqının haqqını heç kəsin müsadirə ede bilməyəcəyini onlara çatdırdıq” deyə vurğulayıb.

Kıbrıs mövzusunda Türk tərəfinin artıq başını qatmağa səbrinin olmadığını söyləyən Çavuşoğlu Kıbrıs Türk xalqının indiyədək gözdən yayındırılmış haqlarını almaq üçün qətiyyətli mövqe ortaya qoyacaqlarını bildirərək, “Bir tərəfdən öz mövqeyimizi davam etdirəcəyik, digər tərəfdən də fəaliyyətlərimizi davam etdirəcəyik” deyib.

Mövlud Çavuşoğlu Kıbrıslı Türklərə Qazimağusada baş konsulluq açacaqları müjdəsini də verib.



Әlaqәli Xәbәrlәr