Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Hol Luteni qəbul etdi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı  BMT  baş katibinin Kıbrıs məsələsi üzrə müvəqqəti nümayəndəsi Ceyn Hol Luteni qəbul etdi.

1264252

Bir saata yaxın davam edən görüşdə Prezident Aparatının sözçüsü Barış Burcu və digər səlahiyyətlilər də iştirak etdi.

Sözçü Barış Burcu görüşdən sonra verdiyi açıqlamada bildirdi ki,  prezident Akıncının Lute ilə yenidən görüş keçirməsi istisna deyil.

Burcu Akıncının fəaliyyətlər barəsində Cümhuriyyət Məclisində təmsil olunan hökumət və müxalifət partiyasının sədrlərini 7 sentyabr günü Türkiyə vaxtı ilə saat 10.00-da məlumatlandıracağını və müəyyən mövzuların müzakirə olunacağını bildirdi.

Akıncı və Lute bazar günündən bəridir 4 dəfə bir araya gəldilər.

Digər tərəfdən Lute eyni şəkildə Kıbrıs Rum İdarəsinin lideri Nikos Anastasiadis ilə də dörd dəfə görüş keçirdi, onlar bu gün də bir araya gəldilər.

BMT-nin baş katibi Quterreşin sentyabr ayı ərzində Akıncı və Anastasiadis ilə görüş keçirməsi nəzərdə tutulur. Qutarreşin ili lidərlə üçtərəfli görüş keçirəcəyi də istisna deyil.

Әlaqәli Xәbәrlәr