Almazbek Atambayevin əmlakı donduruldu

Qırğızıstan polisinin əməliyyatı nəticəsində avqustun 8-də saxlanılan sabiq prezident Almazbek Atambayev barəsində davam edən istintaq çərçivəsində ölkədəki əmlakı donduruldu.

1253746
Almazbek Atambayevin əmlakı donduruldu

Qırğızıstan polisinin əməliyyatı nəticəsində avqustun 8-də saxlanılan sabiq prezident Almazbek Atambayev barəsində davam edən istintaq çərçivəsində ölkədəki əmlakı donduruldu.

Baş Prokurorluqdan verilən açıqlamada Atambayevə və ailəsinə aid olduğu müəyyən edilən banklar ilə digər şirkətlərdəki pulları və digər əmlakları dondurulub.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Avqustun 8-i Atambayev saxlanılıb. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü prezidentidir. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.



Әlaqәli Xәbәrlәr