Qırğızıstanda "Atambayev böhranı" dərinləşir

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin saxlanılması üçün Bişkek yaxınlığındakı evi ətrafında daha bir əməliyyata başlanıb.

1250289
Qırğızıstanda "Atambayev böhranı" dərinləşir

  Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev tutuldu, təhlükəsizlik qüvvələrinə təslim oldu.

  Qırğızıstanın sabiq prezidenti A.Atambayevin tutulması üçün üçün Bişkek yaxınlığındakı evin ətrafında ikinci əməliyyat keçirildi.

  Ölkənin təhlükəsizlik qüvvələri avqustun 8-i günorta saatlarında Atambayevi tutmaq üçün paytaxt Bişkekin cənubunda yerləşən Çüy rayonunun Koy-Taş kəndinin evinin qarşısını kəsib, kəndə gedən yolları bağlayaraq piyada və maşınların girməsinə icazə verməyiblər. Cib telefonu və internet siqnallarının da kəsildiyi bölgədə Atambayevə dəstək üçün evinə getmək istəyən vətəndaşlarla polis əməkdaşları arasında qısa çaxnaşma yaranıb.

  Xatırladaq ki, avqustun 7-də ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən keçirilən və nəticəsiz qalan birinci əməliyyat zamanı bir təhlükəsizlik xidməti zabiti ölüb, 25-i təhlükəsizlik işçisi olmaqla 45 nəfər yaralanmışdı.

  Qeyd edək ki, barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanmış Atambayev iyunun 27-də toxunulmazlıq hüququndan məhrum edilmişdi.

  Almazbek Atambayev ölkədə 2011-2017-ci illər arasında hakimiyyətdə olub.



Әlaqәli Xәbәrlәr