Türk Şurası Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə bağlı bəyanat yaydı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ilə bağlı bəyanat yaydı.

1242729

Şuranın rəsmi saytında yer alan bəyanatda bildirilib ki, Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi ikitərəfli ticarət əlaqələrini gücləndirməklə yanaşı, turizmin, habelə kiçik və orta biznesin inkişafını təmin edəcək. Bu əhəmiyyətli qərar münasibətilə iki qardaş ölkə olan Azərbaycan və Türkiyəni təbrik edirik. Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi türk dilli dövlətlər arasında əməkdaşlığı daha da dərinləşdirəcək. Eyni zamanda məlum qərar türk dünyasının rifahını təmin etməyə yardım edəcək.

Xatırladaq ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir. 

Әlaqәli Xәbәrlәr