"Bu raketlə Qaziantepə düşən S-200 tipli rus qurğusu raketin üzərindəki yazılı ibarələr eynidir"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində paytaxt Lefkoşa və Girnə arasındakı Taşkent kəndi yaxınlığına düşən bir cisimdən sonra partlayış səsləri eşidilib.

1228117
"Bu raketlə Qaziantepə düşən S-200 tipli rus qurğusu raketin üzərindəki yazılı ibarələr eynidir"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində paytaxt Lefkoşa və Girnə arasındakı Taşkent kəndi yaxınlığına düşən bir cisimdən sonra partlayış səsləri eşidilib.

Hadisə yerinə baş çəkən Şimali Kıbrıs Türk Cümhuriyyəti baş nazirinin müavini və xarici işlər naziri Kudrət Özərsay daha sonra verdiyi bəyanatda hadisə nəticəsində ölən yaxud yaralanan olmadığını və yanğının söndürüldüyünü bildirib.

Özərsay şəxsi “Twitter” səhifəsində yazıb ki, aparılan tədqiqatlar nəticəsində Taşkent kəndi yaxınlığına düşən cisimlə, 2018-ci ilin iyul ayında Qaziantepə düşən S-200 tipli rus qurğusu raketin üzərindəki yazılı ibarələrin eyni olduğunu vurğulayıb.

Mövzuyla əlaqədar olaraq Türkiyənin Baş Qərargah rəisi general Yaşar Gülərlə görüş keçirdiyini bildirən Özərsay “İyul 2018-ci il tarixində Qaziantepə düşən S-200 tipli rus qurğusu raket üzərində yazan ifadələrlə dünən axşam ölkəmiz ərazilərinə düşən raketin üzərində yazan ifadələr eynidir” deyə bildirib.

Özərsay Suriya rejimi başda olmaqla İsrail və digər bölgə ölkələrini  qonşu ölkələrdəki can və mal əmin-amanlığını diqqətdə saxlayaraq lazımı tədbirləri görməyə və hər kəsi sakit şəkildə rəftar etməyə dəvət etdiklərini vurğulayıb.

Prezident Mustafa Akıncı, Türkiyənin Lefkoşa səfiri Əli Murat Başçeri və Təhlükəsizlik Qüvvələri komandanı general-mayor (tuğgənəral) Töviq Algan da hadisə yerinə gələrək tədqiqatlar aparıblar.

Akıncı “Bu hadisə bölgədəki qarşı-durmanın bizim payımıza düşən pis nemətlərindən biridir. İlkin məlumat kimi bunu söyləyə bilərik” deyib.

Akıncı bölgədə dinclik və sabitlik istədiklərini söyləyib.

Baş nazir Ərsin Tatar isə düşən raketin Suriyanın S-200 müdafiə sisteminə məxsus olduğunu, hədəfdən yayınan raketin İsrailin hücumlarına qarşı müdafiə məqsədilə atəşlənmiş ola biləcəyini qeyd edib.

Tatar hər hansı zəhərli qaz yaxud kimyəvi maddə təhlükəsinin olmadığını bildirib.

BMT baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Yelizabet Spehar Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Akıncıya zəng edərək keçmiş olsun diləklərini çatdırıb.

Hadisə ilə əlaqədar istintaqın davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr