"Rum tərəfinin status-kvodan bizim əleyhimizə istifadə etməsinin qarşısı alınacaq", E.Tatar

Şimali Kıbrıs Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar hökumətinin Türkiyə ilə fikir mübadiləsi və əməkdaşlıq içində Rum tərəfinin status-kvodan Kıbrıs Türkünün əleyhinə istifadə edilməsinə “dayan” demək mövzusunda qətiyyətli olduğunu bildirdi.

1221326
"Rum tərəfinin status-kvodan bizim əleyhimizə istifadə etməsinin qarşısı alınacaq", E.Tatar

Şimali Kıbrıs Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar hökumətinin Türkiyə ilə fikir mübadiləsi və əməkdaşlıq içində Rum tərəfinin status-kvodan Kıbrıs Türkünün əleyhinə istifadə edilməsinə “dayan” demək mövzusunda qətiyyətli olduğunu bildirdi.

Türk Agentliyi Kıbrısın (TAK) xəbərinə görə, Tatar yazılı açıqlamada hökumət olaraq əsas hədəflərinin Kıbrıs mövzusunda xalqın qanuni haqq və maraqlarının qorunması olduğunu vurğuladı.

Tatar “Hökumətimiz ana vətən Türkiyə ilə fikir mübadiləsi və əməkdaşlıq içində Rum tərəfinin status-kvodan Kıbrıs Türkünün əleyhinə istifadə edilməsinə “dayan” demək mövzusunda qətiyyətlidir. Bunun üçün də beynəlxalq şərait və baş vərənlərlə uyğun şəkildə fəal siyasət təqib edəcəyik.

Rum tərəfinin açıqlamaları, istəkləri və təqib etdiyi siyasətə görə Kıbrıs mövzusunda fədəral həll yolu tapılmasının qeyri-mümkün olduğunu bildirən Tatar açıqlamasında “Bu vəziyyəti dəyərləndirən hökumətimiz bir tərəfdən Avropa İttifaqı tərkibində iki ayrı dövlətli həlli gündəmə gətirərkən, digər tərəfdən də Maraş mavzusunda bir addım atmağı uyğun görərək hərəkətə keçmişdir” ifadələrini işlədib.

Digər tərəfdən, Şimali Kıbrıs Türk Cümhuriyyəti baş nazirinin müavini və xarici işlər naziri Kudrət Özərsay qapalı olan Maraş bölgəsinin açılması üçün fəaliyyətləri başlatma qərarına gəldiklərini açıqladı.

Türk Agentliyi Kıbrısın xəbərinə görə, Nazirlər kabinəti yığıncağı davam edərkən mətbuat açıqlaması verən Özərsay bağlı olan Maraş bölgəsinə dair qəbul edilən qərarı elan etdi.

Maraşda elmi bir inventar fəaliyyəti göstərilməsi üçün addım adılmasına dair qərara gəldiklərini bildirən Özərsay deyib ki, beynəlxalq sahədə fəaliyyət göstərən şəxslərdən də istifadə edilərək təşkil ediləcək ekipaj bağlı tutulan Maraşdakı ərazi sənədləri qeydiyyatları, hər növ əmlakın vəziyyəti, vəqf əmlaklarının müəyyən edilməsi, infrastrukturun vəziyyəti, ətraf-mühit baxımından təhlükəli ünsürlər kimi mövzuları əhatə edəcək ətraflı inventar fəaliyyəti göstərmək və bunu Baş Nazir Müavinliyi və Xarici İşlər Nazirliyinə arayış təqdim etməkdə vəzifələndiriləcək.  

Özərsay inventar fəaliyyətindən sonra mülk yiyələri ilə Vəqflər İdarəzinin haqlarına zərər verməyəcək şəkildə fəaliyyət başladılacağını bildirdi.

Qapalı Maraş olaraq adlandırılan bölgə 1960 və 70-ci illərin ən favorit turizm bölgələrindən biri idi.

Gazimağusanın tərkib hissəsindəki Maraş bölgəsi 1974-cü ildə Kıbrıs Sülh Hərəkatından sonra BMT Təhlükəsizlik Şurasının aldığı qərara görə həm məskunlaşma, həm də məskən tikilməsinə bağlanmışdı.  

O tarixdən bəridir qapalı olan Maraş bölgəsindəki Əmlakların dəyişik ölkələrdən yiyələri olsa da ərazi tamamilə Vəqflər İdarəsinə aiddir.



Әlaqәli Xәbәrlәr