Suriyadakı TSQ müşahidə məntəqəsi atəşə tutuldu

Hücum nəticəsində yüngül şəkildə yaralanan 2 əsgər Türkiyəyə göndərilərək müalicələrinə başlanılıb.

1195193
Suriyadakı TSQ müşahidə məntəqəsi atəşə tutuldu

  Suriyada İdlib Gərginliyi Azaltma Bölgəsində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) olduğu müşahidə məntəqəsinə Suriya ordusu tərəfindən açılan minomet atəşləri nəticəsində 2 Türkiyə əsgəri yaralandı.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Suriyada İdlib Gərginliyi Azaltma Bölgəsinin cənubunda yer alan TSQ-yə aid müşahidə məntəqəsinə Suriya hökuməti ordusu tərəfindən minomet atəşi açılıb.

  Hücum nəticəsində yüngül şəkildə yaralanan 2 əsgər Türkiyəyə göndərilərək müalicələrinə başlanılıb.

 



Әlaqәli Xәbәrlәr