Benində gərginlik

Benində sabiq prezident Boni Yayinin evinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verən etiraz aksiyalarında 2 nəfər həyatını itirib.

1194133
Benində gərginlik

Benində sabiq prezident Boni Yayinin evinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verən etiraz aksiyalarında 2 nəfər həyatını itirib.

Afrika mətbuatındakı xəbərlərə görə, Benin ordusi və təhlükəsizlik qüvvələri sabiq prezident Boni Yaninin paytaxtı Kotonoudakı evinin ətrafını mühasirəyə salıb.

Yayinin həbs ediləcəyinə dair xəbərlər qarşısında onu dəstəkləyən yüzlərlə beninli küçələrə axışıb.

Aksiyaçılar yollarda barikadalar qurarkən, polisin müdaxiləsi nəticəsində 2 nəfər həlak olub.

Daxili işlər naziri Sakka Lafia polisin aksiyaçılara müdaxilə edərkən həqiqi güllələrdən istifadə etdiyini təsdiqləyib.

Qeyd edək ki, Benində 28 aprel tarixində keçirilən seçkidə kəçən il seçki qanununa edilən dəyişikliyə görə sadəcə hakimiyyətə yaxın iki partiya iştirak edə bilmişdi.

Seçkiyə qatılma şərtlərini ana müxalifət partiyaları belə təmin edə bilməmişdi.

Aralarında Yayilə yanaşı sabiq prezidentlərdən Nikephore Soqlonun da olduğu müxalifət üzvləri seçkidən sonra verdikləri açıqlamada seçicilərin iştirakının 10 faizi ötmədiyini bildirərək, prezident Talondan prosesi dayandırmasını tələb etmişdi.



Әlaqәli Xәbәrlәr