Türkiyə ilə Belarus arasında 6 müqavilə imzalandı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Belarusun 1,5 milyard dollarlıq ticarət hədəfinə çata biləcək imkana sahib olduqlarını söyləyib.

1184677
Türkiyə ilə Belarus arasında 6 müqavilə imzalandı

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Belarusun 1,5 milyard dollarlıq ticarət hədəfinə çata biləcək imkana malik olduqlarını söyləyib.

  Ərdoğanın dəvətilə Türkiyədə səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenkonun prezident iqamətgahında təkbətək və heyətlər arasında görüşlərindən sonra birgə mətbuat konfransı təşkil edilib.

  Ərdoğan görüşlərdə iki ölkə arasındaki siyasi, hərbi, iqtisadi, ticarət və mədəniyyət mövzularını müzakirə etmək imkanı əldə etdiklərini bildirib. İki ölkə arasındaki ticarət həcminin inkişaf yolunda irəlilədiyini vurğulayan Ərdoğan iki ölkə arasında 6 ayrı müqavilənin imzalandığını söyləyib.

  R.T.Ərdoğan 2016-cı ildə 1 milyard dollarlıq ticarət həcminin hədəf götürüldüyünü bildirərək bu hədəfə hələ də çatılmadığını, görüşlərdə bu istiqamətdə daha çox cəhd göstərilməsinin vacibliyini ortaya qoyduqlarını və yeni hədəfin 1,5 milyard dollar olaraq müəyyənləşdirildiyini qeyd edib.

  Belarusda Türkiyə mədəniyyəti və dilinə olan marağın və bu ölkədən olan turistlərin Türkiyəyə üstünlük vermələrindən məmnunluq duyulduğunu ifadə edən prezident Ərdoğan deyib:

  “Vizasız səyahət imkanı ilə bu ölkədən 2016-cı ildə 113 min olan turist sayı 2018-ci ildə 245 minə çatmışdır”.

  Qeyd edək ki, birgə mətbuat konfransından əvvəl Ərdoğan və Lukaşenkonun hüzurunda iki ölkə arasında 6 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr