Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqına təşəkkür etdi

Dünən istefa qərarını açıqlayan Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqına və ölkəsinə xidmət göstərməkdən qürur hissi keçirdiyini bildirərək “Xalqıma təşəkkür edirəm və qarşısında ehtiramla əyilirəm” deyib.

1166904

Nazarbayev xalqa müraciətində özü üçün Qazaxıstan prezidenti səlahiyyətlərini ləğv etmək kimi çətin bir qərara gəldiyini söyləyərək, vəzifəsini 30 il davam etdirdiyini xatırladıb.

Sovet İttifaqının dağılması ilə iqtisadiyyatı və siyasəti çətin vəziyyətdə olan ölkəyə rəhbərlik etdini bildirən Nazarbayev totaliter sistemi ləğv edərək, ictimaiyyətin bütün institutlarını müasir hala gətirdiklərini və bunları demokratik bir ölkə qurmaq üçün həyata keçirdiklərini dilə gətirib.

Ölkəsinin dünyanın ən çox inkişaf etmiş 50 ölkəsi sırasında olduğuna diqqət çəkən Nazarbayev hədəflərinin dünyanın ən çox inkişaf etmiş 30 ölkəsi arasında girmək olduğunu qeyd edib.

Ölkədə keçirilən bütün prezident seçkilərində xalq tərəfindən dəstəkləndiyini bildirən Nazarbayev “Böyük xalqıma və ölkəmə xidmət göstərməkdən  qürur hissi keçirirəm” deyib.

Nazarbayev istefasını verməsinə baxmayaraq Milli Təhlükəsizlik Şurası, Nur Otan Partiyası sədri və Konstitusiya üzvlüyünün davam edəcəyinə diqqət çəkib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dünən istefa qərarını elan etmişdi.

Әlaqәli Xәbәrlәr