Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi

Qazaxıstan parlamenti paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

1167308
Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi

Qazaxıstan parlamenti paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

Bununla da Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq.

Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını verməyi təklif edib.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr