Ərdoğan Yeni Zelandiyada terror hücumunun hesabatını tələb etdi

Ərdoğan ayın 15-də Cümə namazı zamanı Yeni Zelandiyadakı Kraystçerç (Christchurch) şəhərində iki məscidə edilən silahlı terror hücuma da toxunaraq dedi...

1164802
Ərdoğan Yeni Zelandiyada terror hücumunun hesabatını tələb etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada terror hücumunun hesabatını tələb etdi.

  31 Mart Bələdiyyə Seçkilərilə əlaqədar İstanbulun Tekirdağ rayonunda təşkil edilən mitinqdə xalqa müraciət edən Ərdoğan ayın 15-də Cümə namazı zamanı Yeni Zelandiyadakı Kraystçerç (Christchurch) şəhərində iki məscidə edilən silahlı terror hücumuna da toxunaraq dedi:  

  “Bu hadisə müsəlmanlara qarşı bir qətliamdır.

  "Yeni Zelandiyada təcavüzkar qırğında istifadə etdiyi silahları türk və müsəlman düşmənlərinin adları, şəkillərilə bəzəyib. Terrorçu “İstanbula gələcəyik, bütün məscidləri, minarələri yıxacağıq” deyə sayıqlayıb. Ay qeyrətsiz, Yeni Zelandiya hara, Türkiyə hara? Necə olur ki, dünyanın o biri ucundakı bir qatil müsəlman və türklərə qarşı yanlış fikirlər səfərbərliyi edir?

  Bu qatil iki dəfə İstanbula gəlib. 3 günlük gəlib, ya 40 günlük gəlib, indi bunu araşdırırıq ki, kimlərlə əlaqə qurub? Biz bunları Yeni Zelandiyadan da soruşmaq istəyirik.

  49 nəfər... Bu, bir qırğındır, bunun hesabı soruşulmalıdır.”



Әlaqәli Xәbәrlәr