"Bu terror hadisəsi İslam düşmənliyinin həddi olmadığını, təəssüf ki, yenə bizə göstərdi", F.Oqtay

İstanbul Atatürk Hava Limanındakı hərəkətindən əvvəl təşkil edilən mətbuat konfransında çıxışında F.Oqtay deyib

1164743
"Bu terror hadisəsi İslam düşmənliyinin həddi olmadığını, təəssüf ki, yenə bizə göstərdi", F.Oqtay
oktay-cavusoglu1.jpg

  Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu heyətlə birlikdə qorxunc terror hücumunun yaşandığı Yeni Zelandiyaya getdi.

  İstanbul Atatürk Hava Limanındakı hərəkətindən əvvəl təşkil edilən mətbuat konfransında çıxışında F.Oqtay deyib:

  "Biz bütün dünyanı irqçiliyə qarşı durmağa dəvət edirik.

  İslamla bağlı problemlərin qarşısının təsirli tədbirlərlə almaq günümüzün qlobal şərtlərindən daha əhəmiyyətli olub.

  Bu vəhşilik iki ildir planlaşdırıbmış. Terrorçular Rəcəb Tayyib Ərdoğanı, türk millətini, Türkiyəni və tariximizi də hədəf alıb.

  Bütün dünya məzlumlarının səsi olan prezidentimiz “Allahın verdiyi canı ancaq Allahın alacağı” şüuruyla ömrünü xalqına həsr edərək gecə-gündüz çalışan bir liderdir və bu cür çirkli əməliyyatlarla əsla barışmaz.  

  Uzun illər terrorla mübarizədə böyük itkilər vermiş və terrorun hər növünə qarşı çıxmış bir ölkə olaraq Türkiyə Yeni Zelandiyanın terrorla mübarizəsində və atacağı addımlarda yanında olacaq.

  Yaşanan bu terror aktı İslam düşmənliyinin həddi olmadığını bizə, təəssüf ki, yenə göstərdi. Buradan bütün dünyanı İslam düşmənliyinə, xarici basqılara, radikallığa və irqçiliyə qarşı ayağa qalxmağa çağırırıq.”



Әlaqәli Xәbәrlәr