"Silahlardan təmizlənmiş bölgədə TSQ patrul fəaliyyəti həyata keçirəcək", H.Akar

Türkiyə Silahlı Qüvvələri Milli Müdafiə naziri Hulusi Akar Suriyanın İdlib şəhərindən kənarda sərhəd bölgəsində Rusiyanın, silahlardan təmizlənmiş bölgədə də Türkiyə Silahlı Qüvvələrinin (TSQ) keşik çəkmə işinə bu gün başlayacağını bildirilib.

1159725
"Silahlardan təmizlənmiş bölgədə TSQ patrul  fəaliyyəti həyata keçirəcək", H.Akar

Türkiyə Silahlı Qüvvələri Milli Müdafiə naziri Hulusi Akar Suriyanın İdlib şəhərindən kənarda sərhəd bölgəsində Rusiyanın, silahlardan təmizlənmiş bölgədə də Türkiyə Silahlı Qüvvələrinin (TSQ) keşik çəkmə işinə bu gün başlayacağını bildirilib.

Akar bunu “Anadolu” xəbər agentliyində 8 Mart Beynəlxalq Qadınlar Günü çərçivəsində qadın jurnalistlərin suallarına cavab verərkən deyib.

14 fevralda Soçi zirvə yığıncağında qəbul edilən qərara görə TSQ-nın keşik fəaliyyətindən sonra İdlibdə Rusiya ilə birgə patrulun nə vaxt başladılacağına dair suala cavab verən Akar deyib ki, həm Rusiya Federasiyası həm də İranla bu barədə lazım olan koordinasiya təmin olundu. Hazırda İdlibdən kənardakı sərhəd bölgəsində Rusiya, silahdan təmizlənmiş bölgədə isə TSQ-nın patrul vəzifəsi start götürəcək. Həmin zamanda İdlib və Afrin hava məkanının istifadəsilə əlaqədar bəzi məhdudiyyətlər var idi. Bu gündən etibarən bu məhdudiyyətlər də götürüldü.

Rejimin dinc vətəndaşlara, günahsız insanlara qarşı çox mərhəmətsiz şəkildə bombardman fəaliyyətlərini davam etdirdiyini bildirən Akar bunların dayanması və dayandırılması üçün Rusiya ilə davamlı əlaqə saxlanıldığını söyləyib.

Akar humanitar vəziyyətin normallaşması, atəşkəsin təsis olunması, sabitmiyin təmini baxımından ruslarla rejimə lazım olan xəbərdarlığı, təzyiqi etmələri, vacib olan tədbirlərin görülməsi üçün görüşlərini davam etdirdiklərini deyib.

Türkiyənin rəjimlə hər hansı ünsiyyətinin olmadığını vurğulayan Akar “Ruslarla görüşürük, lazım olduqda isə İranla görüş reallaşır” deyə bildirib.

Hulusi Akar təhlükəsiz bölgədə kimin olacağına dair suala isə belə cavab verib:“Türkiyə Silahlı Qüvvələri ünsürlərinin olacağı dəqiqdir. Sərhədlərimizə bu qədər yaxın bir bölgədə bir PKK, bir YPG terror qrupunun mövcudluğunu öz ölkəmiz və xalqımız üçün bir təhdid, təhlükə kimi görürük. Buna da icazə verməyəcəyimizi tərəf-müqabillərimizə dəfələrlə söylədik və söyləməyə davam edirik.”

Milli Müdafiə naziri Rusiyadan alınacaq “S-400” raket sistemlərilə əlaqədar olaraq isə, “S-400”lərin oktyabrın etibarən qurulmağa başlanacağını bildirərək, “Bizim “S-400” almağımız bir seçimdən çox məcburiyyətdir. 82 milyon vətəndaşımızı qorumaq və müdafiə etmək məcburiyyətindəyik” deyib.



Әlaqәli Xәbәrlәr