Birləşmə qərarı bu gün həyata keçirilir

ABŞ-ın Qüds Baş konsulluğu ilə prezident Donald Trampın reaksiyalara baxmayaraq Qüdsə köçürdüyü ABŞ Səfirliyinin bu gün birləşdiriləcəyi açıqlanıb.

1156117
Birləşmə qərarı bu gün həyata keçirilir

ABŞ-ın Qüds Baş konsulluğu ilə prezident Donald Trampın reaksiyalara baxmayaraq Qüdsə köçürdüyü ABŞ Səfirliyinin bu gün birləşdiriləcəyi açıqlanıb.

ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib: “ABŞın Qüdsdəki Baş konsulluğu ilə Qüds Səfirliyi tək bir diplomatiq missiya olacaq şəkildə 4 mart 2019-cu il tarixində birləşdiriləcək. Bu addım Dövlət katibi Pompeonun 18 oktyabr 2018-ci ildə iki missiya ilə heyətlərin birləşdiriləcəyinə dair açıqlamaya görə atıldı. Bütün diplomatik işlər artıq Qüdsdən görüləcək. Qəzza və İordan çayının qərb sahilindəki işləri isə Qüdsdəki ABŞ Səfriliyi Fələstin İşləri İdarəsi öz üzərinə götürəcək. Həmin qərar tamamilə işin fəallığını artırmaq üçün qəbul edildi və ABŞ-ın Qüdsün statusu ilə əlaqədar siyasəti dəyişmədi.”

Qeyd edək ki, ABŞ prezidenti Tramp 6 dekabr 2017-ci il tarixində Qüdsü İsrailin paytaxt şəhəri kimi tanıdığını və ölkəsinin Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlamışdı.

Bütün reaksiyalara baxmayaraq ABŞ Tel-Əviv səfirliyini mərasimlə Qüdsə köçürmüşdü.

İsrail əsgərləri ABŞ Səfirliyinin Qüdsə daşınmasını və İsrailin quruluş ildönümü olan Nekbenin (Böyük fəlakət) 70-ci illiyinə etiraz bildirmək üçün Qəzza sərhədində keçirilən nümayişlərə qatılan 70 fələstinlini şəhid edib, 2770-dən çox fələstinlini yaralanmışdı.



Әlaqәli Xәbәrlәr