Hindistan hökumətinin Kəşmir bölgəsilə əlaqədar imzaladığı mübahisəli iki qərarı

Baş nazir Narendra Modi liderləyindəki kabinetin qəbul etdiyi, bölgədə “zərər olan şəxslərə digərlərilə bərabər hüquq tanıyan” qərarın dövlət başçısı tərəfindən təsdiqindən sonra qüvvəyə minəcəyi bildirilib.

1155123
Hindistan hökumətinin Kəşmir bölgəsilə əlaqədar imzaladığı mübahisəli iki qərarı

 

Baş nazir Narendra Modi liderləyindəki kabinetin qəbul etdiyi, bölgədə “zərəri olan şəxslərə digərlərilə bərabər hüquq tanıyan” qərarın dövlət başçısı tərəfindən təsdiqindən sonra qüvvəyə minəcəyi bildirilib.

Maliyyə naziri Arun Jaitley qərarın Beynəlxalq Sərhədin bitişiyində, nəzarət altındakı bölgələrdə yaşayan şəxslərə Kəşmir Nəzarət Xətti bölgəsində olanlarla bərabər təhsil və iş imkanları tanıyacağını açıqladı.

Digər tərəfdən Daxili İşlər Nazirliyi hökumətin qərarı ilə dini və siyasi quruluş olan Camaat-ı İslam Kəşmiri Hindistanın təhlükəsizliyinə təhlükə olaraq adlandırdı və qadağan etdi. Qərarda deyilir ki, Camaat-i İslami Kəşmir beş ildir ayrı-seçkilik hərəkətlərinin artması, təcavüzə və zorakılığa səbəb olma ehtimalı səbəbindən qadağan edilmişdir.

Yaxın günlərdə bölgədə Kəşmirin muxtariyyətinin pozuntusu kimi görülən qərarların nümayişlərə səbəb olması gözlənilir.

Hindistan qüvvələri ötən həftə Kəşmirdə Camaat-ı İslamı Kəşmirin 300-dən çox lideri və üzvlərini həbs edib.

İngltərə 1947-ci ildə Hindistandan çəkilərkən şahzadəlik üsul-idarəsilə idarə olunan Kəşmiri Hindistan və ya Pakistanla birləşmək üçün sərbəst buraxdı. 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana qoşulmaq üçün mövqe tutsa da dövrün şahzadəsi  Hindistanın ilə birləşməyə qərar verdi. Müsəlman Kəşmir xalqı qərarın əleyhinə oldu.

Pakistan və Hindistanın bölgəyə qoşun göndərməsi qarşısında isə tərəflər 1947-ci ilk dəfə toqquşdu. İki ölkə arasında həmin səbəbdən 1965 və 1999-cu illərdə də müharibə baş verdi.

Kəşmirin 45 faizi Hindistan, 35 faizi isə Pakistanın nəzarətindədir. Bölgənin 20 faizi Çinin hakimiyyətindədir. Hindistan öz ərazilərini "Jammu Kashmir" adı ilə öz hakimiyyətinə daxil edib. “Jammu Kashmir” hələ də Hindistanda yalnız Müsəlman əhalinin əksəriyyətdə olduğu bir əyalət xüsusiyyəti daşıyır. Pakistan isə nəzarəti altındakı Kəşmirə "Azad Kəşmir (Müstəqil Kəşmir)" və "Gilgit Baltistan" adı altında iki muxtariyyət statusu verib.

BMT Təhlükəsizlik Şurası 1948-ci ildən etibarən qəbul etdiyi qərarla Kəşmirin əsgərdən azad edilməsini və gələcəyinin xalqın səsilə təyin olunmasını nəzərdə tutdu.  Hindistan referenduma müsbət yanaşmır, Pakistan isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini istəyir.



Әlaqәli Xәbәrlәr