İran Prezidenti Tereza Mey və Emmanuel Makronla görüşdü

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində İngiltərənin Baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makronla görüşdü.

1056983
İran Prezidenti Tereza Mey və Emmanuel Makronla görüşdü
ruhani-macron.jpg

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində İngiltərənin Baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makronla görüşüb.

İran prezidentliyinin görüşlə bağlı açıqlamasına görə, Ruhani nüvə razılaşmanın xüsusilə də iqtisadi sahədə davam etdirilə bilməsi üçün əməkdaşlıq və fikir mübadiləsinin aktiv şəkildə davam etdirilmesinin vacibliyini söylədi.

Ölkəsinin İngiltərə ilə müxtəlif sahələrdə əlaqələrini gücləndirmək istədiyini ifadə edən Ruhani bankdarlıq sahəsində əlaqələrin inkişafının iqtisadiyyat, ticarət və yatırım sahələrində müsbət əks-sədalarının olacağını dilə gətirdi.

Mey də nüvə razılaşmanın qorunmasının vacibliyini və İran ilə iqtisadi əlaqələr daxil bütün sahələrdə əlaqələri genişləndirməyi dəstəklədiklərini bildirdi.

Ruhani-Macron görüşündə də iki ölkənin ticarət, iqtisadiyyat, maliyyə və enerji mövzularında əlaqələrin və əməkdaşlığın gücləndirilməsinin qarşısında əngəl olmadığına diqqət çəkdi.

İki liderin də nüvə razılaşmanın qorunmasının vacibliyi mövzusunda həmfikir olduqları ifadə edildi.



Әlaqәli Xәbәrlәr