Dünyada hər 5 saniyədə bir uşaq acından ölür

FAO-nun İtaliyanın paytaxtı Romadakı ofisində keçirilən iclasda baş direktor Xose Qratsiano de Silva (Jose Graziano da Silva) dünyada aclıq çəkənlərin üç dəfə artdığını bildirib.

1047711
Dünyada hər 5 saniyədə bir uşaq acından ölür

  Birləşmiş Millətlər Təşkilatı (BMT) Qida və Kənd Təsərrüfatı Qurumunun (FAO) Dünya Ərzaq Proqramı (WFP), BMT-nin Uşaq Fondu (Baş Məclisi UNİCEF), Dünya Səhiyyə Təşkilatı (WHO) və Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondu (IFAD) iş birliyilə "Dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti" adlı hesabat hazırlayıb.  

  FAO-nun İtaliyanın paytaxtı Romadakı ofisində keçirilən iclasda baş direktor Xose Qratsiano de Silva (Jose Graziano da Silva) dünyada aclıq çəkənlərin üç dəfə artdığını bildirərək deyib: “2017-ci ildə 821 milyon insan yetərsiz bəslənib. Keçən il açlıq daha çox münaqişələr, bu il isə iqlim dəyişikliyilə bağlı olub. İqlim dəyişikliyi ərzaq çatışmazlığına çox böyük təsir edib.”

  WFP-nin icraçı direktoru Devid Bisli (David Beasley) isə öz çıxışında bu sözləri vurğulayıb: “Dünyada hər 5 saniyədə bir uşaq acından ölür. Yer kürəsində 300 trilyon dollarlıq maddi nemət var ikən bu vəziyyət qəbul edilə və bağışlana bilməz… Həm qarşıdurmalar, həm iqlim dəyişikliyinin təsirləri son dərəcə ciddi və böyükdür. 22-23 milyon arası adam ancaq iqlim dəyişikliyindən əziyyət çəkir və yerlərini tərk edirlər.”

  “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti" başlıqlı hesabatda aclıq çəkən insan sayının artdığı belə yazılıb:

  "2017-ci ildə 821 milyona çatan dünyadakı ac insan sayı hər 9 nəfərdən biri deməkdir. Vəziyyət Cənubi Amerika və Afrikanın əksər bölgəsində getdikcə pisləşir. İqlim dəyişikliyi kənd təsərrüfatı mövsümlərinə ciddi təsir edir. Quraqlıq və sellə yanaşı münaqişə və iqtisadi böhranlar aclığın artmasına yol açır.

  2017-ci ildə 5 yaşdan kiçik təxminən 151 milyon uşaq pis qidalanıb və həyatını dəyişib. 2012-ci ildə bu rəqəm 165 milyon idi. Qlobal olaraq isə Afrika və Asiyada böyüməmiş uşaqların sayı 39 – 55 faiz arasındadır.”



Әlaqәli Xәbәrlәr