İran milli məclisi bu ilin büdcə layihəsini rədd etdi

İran  milli  məclisində  bu ilin büdcə layihəsi 83-ə qarşı 120 səslə rədd edilib.

899002
İran milli məclisi bu ilin büdcə layihəsini rədd etdi

İran parlamentinin rəsmi saytı "İCANA"-da  əks  edən   məlumatda bildirilir ki, ölkədəki hicri-şəmsi təqvimə görə, mart ayının 21-də tətbiqinə başlanılacaq olan 1397-ci ilin büdcəsilə bağlı layihə İran parlamentində 83-ə qarşı 120 səslə rədd edilib.   9 millət vəkilinin bitərəf səs verdiyi iclasda 216 deputat iştirak edib, 4 millət vəkili  isə səs verməyib. Səsvermədən sonra İran parlamentinin sədri Əli Laricani qeyd edib ki, büdcə layihəsində dəyişikliklər edilməsi üçün birləşdirmə komissiyasına göndərilib və 72 saat ərzində yenidən parlamentə təqdim edilməlidir.  

 Qeyd edək ki, İran prezidenti Həsən Ruhani 2018-ci ilin büdcəsini dekabr ayında parlamentə təqdim etmişdi.



Әlaqәli Xәbәrlәr