Turizm mərkəzləri yeni ili qarşılamağa hazırdır

Turizmin mərkəzlərindən Antalya və Muğla şəhərləri xüsusi işıqlarla və şaxta baba fiqurları ilə bəzənib yeni il üçün qonaqlarını gözləyir.

877574
Turizm mərkəzləri yeni ili qarşılamağa hazırdır
mugla.jpg
bodrum.jpg

Turizmin mərkəzlərindən Antalya və Muğla şəhərləri xüsusi işıqlarla və şaxta baba fiqurları ilə bəzənib yeni il üçün qonaqlarını gözləyir.

Otellərin giriş bölmələrində şam ağaçları və bəzəklərdən ibarət guşələr hazırlandıqda xarici və daxili cəbhələrdə  xüsusi işıqlı bəzəklər də diqqətləri cəlb edir.

Bələk turizm bölgəsində xidmət göstərən beş ulduzlu otellərdən nağıllara oxşar konsepsiyası olan “The Land og Legends” oteldə yeni il üçün nümayişlər indidən başlayıb. Orta əsrin qəsrlərinə oxşar tərzdəki yaşayış binaları da işıqlarla bəzənib.

Muğla şəhərində də 2018-ci ilə hazırlıq proqramı çərçivəsində Məntəşə Cümhuriyyət Meydanı, Atatürk prospekti, Saatlı qüllə, Milas Atapark Meydanı, Bodrum və Fəthiyə limanları bəzənib, ayrıca yeni ilin ilk dəqiqələrində şəhər meydanında və turistik qəsəbələrdə fişənglər partladılacaq.  

Turistlərin diqqət mərkəzində olan Marmaris, Bodrum kimi qəsəbələr də yeni ili qarşılamağa hazırdır.     



Әlaqәli Xәbәrlәr