Soyqırımda Cənubda və Şimalda yüz minlərlə Azərbaycan türkü qətl edildi

Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın günləri...

703143
Soyqırımda Cənubda və Şimalda yüz minlərlə Azərbaycan türkü qətl edildi

  1918-ci ilin 30 mart və 3 aprel tarixləri isə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın günləridir.

Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdü.

  1917-ci il oktyabr inqilabı və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni şovinistləri və onların cəmləşdiyi Daşnaksütun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı, azərbaycanlılar yaşayan məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni şovinistləri heç kimə rəhm etmir, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər.

  1918-ci ildə Rusiyada  yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

  Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir:

 

Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər.

 

  Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən Stepan Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnaq silahlı dəstələri, habelə Anastas Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.

 

 

 

 

  Təbrizin tanınmış tarixçi alimi Səməd Sərdariniyanın yazdığına görə, Cənubi Azərbaycan torpaqlarında erməni və kürd qruplaşmaları 100 il əvvəl soyqırım törədiblər. Urmiya, Səlmas, Xoy üçbucağında 150 mindən çox azərbaycanlı qanına qəltan edilib, öldürüb. Orada da həm göz yaşları, həm də qəhrəmanlıq dastanı yazıldı. Şimali Azərbaycanda da olduğu kimi.  İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində, Urmiya dənizinin içində, ləpədöyəninə yaxın bir yerində duran tarixi bir məkan - Kazımxan Daşı adlanan qala da bizə Şimali Azərbaycandakı tarixi danışır. Bu qala 1915-20-ci illər arasında yerli əhalinin ruslara, ermənilərə, cilolara qarşı qəhrəmanlıq mübarizəsinin qərargahı olub.

  Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

  Tariximizi əsla unutmamaq. Cənub Azərbaycanın erməni və rus birləşmələrinə qarşı mücadiləsi Urmiyadakı Kazımxan Daşı qəhrəmanlıq qalasında əbədiləşdi, Şimalı Azərbaycanın mücadiləsi isə Azərbaycan adlı dövlətini qurmasında.

  Nə olursa, olsun, tarixdə oub-keçmiş hadisələr üçün ağlamaq deyil, dərs çıxarmaq yolunu tutmalıyıq. Ən böyük dərs isə düşməndən güclü olmağı bacaqmaqdır.



Әlaqәli Xәbәrlәr