Orta Şərqə sülh gətirəcək

"Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) uğursuz çevriliş cəhdindən sonra Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın atdığı diplomatik addımlar Orta Şərqə sülh gətirə bilər”

554537
Orta Şərqə sülh gətirəcək

  Bu sözlər “Uğursuz çevriliş cəhdindən sonra Ərdoğan Orta Şərqdəki əlaqələri nizamlayır” başlıqlı məqalədə yer alıb.

  Həmin məqaləni jurnalist Tara Kangarlou yazıb və mərkəzi ABŞ-da yerləşən xəbər saytı “Thi Huffington Post”da dərc olunub.

  15 iyuldakı uğursuz çevriliş cəhdindən sonra Türkiyənin fəallıq qazanan diplomatiyasına diqqət çəkilən məqalədə bildirilib ki, avqust ayında ümumilikdə diplomatiya sahəsində səssizlik hökm sürdü, ancaq cari il diplomatiya cəhətdən fərqli oldu. Bir ay əvvəl uğursuz olan çevriliş cəhdinin yaşandığı Türkiyədə veziyyət heç də belə deyil. Çevriliş təşəbbüsünün uğursuz olması ilə yanaşı Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya,  İsrail və İran kimi ölkələrlə sıx diqlomatiya əlaqəsi saxladı. Həmçinin ABŞ vitse-prezidenti Co Bayden da avqustun 24-də Ankarada olacaq. Ərdoğanın atdığı bu praqmatist addımlar elə görünür Suriyadakı böhran ilə Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrə təsir edəcək.

  Ankara-Təl-Әviv xəttində normallaşan ikitərəfli əlaqələr Ərdoğan ilə Putin arasındakı müsbət zirvə, İran Xarici İşlər naziri Cavab Zərifin keçən həftə Türkiyəyə reallaşdırdığı səfər və ABŞ vitse-prezidenti Baydenin Ankaraya  edəcəyi səfəri təfərruatlı şəkildə məqalədə öz əksini tapıb.

  Məqalədə önə çəkilən digər detallar isə bunlardır: “Dövlət başçısı Ərdoğanın güclü liderliyi sayəsində Türkiyə yenə Orta Şərqdə sülhü təmin edəcək rol götürəcək. Xüsusilə Ankara-Moskva-Tehran xəttindəki yeni proses Suriyadakı hərbin bitməsi üçün önəmli rol oynaya bilər. Ərdoğan Türkiyəni yenidən Orta Şərqin “sülhü təmin edəni” mövqeyinə gətirməsi nöqtəsindəki ən ciddi çətinliyi Səudiyyə Ərəbistanı və İran münaqişəsində yaşayacaq. Amma bölgədə bu iki ölkə ilə də güclü əlaqələrə sahib yeganə ölkə olan Türkiyənin lideri Ərdoğan Riyad və Tehranı da daha təsisedici rola cəlb edə bilər. DEAŞ, Suriyadakı toqquşmalar, qaçqın böhranı və məhv olmaq üzrə olan Orta Şərq ölkələrinin iqtisaddiyatı bölgənin qarşı-qarşıya olduğu çətinliklər sırasındadır. Lakin keçmiş illər göstərir ki, Türkiyənin seçim edəcəyi yol Orta Şərqin mövcud problemləri arasında sıxışıb qalacağınımı yoxsa rifaha və sülhəmi qovuşacağını müəyyən edəcək…”



Әlaqәli Xәbәrlәr