Qərb mətbuatında quldurbaşı Gülən lehinə ifadələr

Xarici mətbuatda FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) quldurbaşı Fətullah Gülənin hansı xüsusiyyətlərlə təsvir edildiyinə dair Türkiyənin Mətbuat-Yayım İnformasiya Müdirliyi tərəfindən araşdırma aparılıb.

552299
Qərb mətbuatında quldurbaşı Gülən lehinə ifadələr

Xarici mətbuatda FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) quldurbaşı Fətullah Gülənin hansı xüsusiyyətlərlə təsvir edildiyinə dair Türkiyənin Mətbuat-Yayım İnformasiya Müdirliyi tərəfindən araşdırma aparılıb. Həmin araşdırma xüsusilə Qərb və ABŞ-da  “günahsız” ifadələrlə Gülən lehinə düşüncə yaratmağa cəhd göstərildiyini ortaya qoyub. 

“Könüllü sürgün”dən “şirin dilli”yə qərb mətbuatında Gülən haqqında istifadə olunan ifadələr

“Xarici mətbuatda FETÖ başçısı” titrli xəbər təhlili çərçivəsində 1 may-9 avqust 2016-cı il tarixlərinə aid 126 xarici qəzet və jurnal, 21 TV kanalı və 15 beynəlxalq xəbər agentliyi araşdırılıb. Həmin çərçivədə 2 min 726 xəbər tədqiq edilib.

ABŞ mətbuatında quldurbaşı Güləndən “pensiyaçı molla”, “könüllü sürgündəki molla”, “şirin dilli, “populyar”, “77 yaşında xəstə və yaşlı molla”, “tək başına din xadimi”, “sirli din xadimi”, nüfuzlu müxalifət”, “Ərdoğanın keçmiş müttəfiqi” kimi günahsız təsvirlərlə bəhs edildiyi ortaya çıxıb. ABŞ mətbuatının bu mövqeyi ABŞ rəsmiləri tərəfinən hər fürsətdə müttəfiq və dost ölkə olaraq adlandırılan Türkiyə və Türk xalqı tərəfindən bir ikiüzlülük olaraq  başa düşülür.

Araşdırmaya əsasən, Almaniya mətbuatı quldurbaşı Gülən haqqında “Gülən şəbəkəsi”, “Könüllü sürgündəki molla”, “təmkinli molla”, “Ərdoğanın əbədi düşməni/keçmiş müttəfiqi”, “Pensilvanya dağlarında yaşayan yaşlı və xəstə adam”, “Afrikada təsirli camaat”, “zəhərli ilan” kimi təsvirlərə üstünlük verib. Alman mətbuatı FETÖ-nü terror təşkilatı kimi göstərməmək üçün tez-tez “dırnaqarası” ifadəsindən istifadə edib.

Fransa mətbuatında “keçmiş müttəfiq”, “sürgündəki molla”, “dini lider”, “75 yaşında xəstə və yorğun adam” sözlərindən istifadə edilib. Türk məsulların  FETÖ təsvirlərinin dırnaq işarəsi içində verilməsinə üstünlük göstərilib. Fransa mətbuatının bu mövqeyi terrora qarşı Türkiyə ilə həmrəylik içində hərəkət etməməsi kimi dəğərləndirilir.

İngiltərə mətbuatında isə FETÖ-nün quldurbaşı Gülən üçün “xarizmatik din xadimi”, “77 yaşındakı dini lider”, “yalnız din xadimi”, “müxalif”, “dinlərarası dialoq mesajları verən” kimi xüsusiyyətlərə üstünlük verilib. “Terror təşkilatı və paralel idarəetmə” ifadələrinə isə iddia səviyyəsində yer verildiyi müşahidə olunub.

Dünya mətbuatı Güləni təsvir etmək üçün hansı ifadələrdən istifadə etdi?

Orta Şərq mətbuatında “Amerikada yaşayan din xadimi”, “ziyalı”, “Afrikanın önəmli simalarından biri” olaraq təsvir edilən Gülən İran mətbuatında “İran İslam Cümhuriyyətinin kəskin müxalifi”, “sürgündəki din xadimi”, “çevriliş cəhdini təşkil etməkdə günahlandırılan adam” ifadələri ilə yer tutub.  FETÖ mənsubu əsgərlər üçün isə “Fətullah Gülən terror təşkilatına mənsub hərbi üsyançılar” təsvirinin istifadə edildiyi diqqət çəkir.

FETÖ-nün quldurbaşı Gülən haqqında Çin mətbuatında isə bunlar yazılıb: “amerikalılaşmış türk din xadimi”, “dini şəxsiyyət”, “sürgündəki müxalif”. İsrail mətbuatında isə bunlar yazılıb: “radikal islamçı”, “gizli terror təşkilatı”, “Türkiyədə anadan olmuş sünni din xadimi”, “ sürgündəki müsəlman vaiz”.

Yaponiya mətbuatında isə quldurbaşı Gülən haqqında bu ifadələr yer alıb:

“İslami din müəllimi”, “Gülən xoca”, İtaliya mətbuatı “sünni molla”, “bir mollanın oğlu”, “Gülən imperiyası”; Hollandiya mətbuatı “beynəlxalq şirkətlər, təhsil qurumları, banklar sahibi nüfuzlu molla” ifadələri ilə söz aparıb. Kürdcə yayımlanan xəbərlərdə isə Gülən “İslama dəvətedən”, “Ərdoğan dövlətini yıxacaq yeganə güc”, “kürd müxalifi”, “Paralel Təşkilat lideri”” ifadələrilə gündəmə gətirilib.

FETÖ-nün quldurbaşı Rusiya mətbuatında isə bu ifadələrlə yer alıb: “sirli din xadimi”, Türkdilli dövlətlərdə İslami məktəblər zəncirinə sahib şəxs”, “Gülənin imperiyası”, “Dövlət başçısı Ərdoğanın amansız rəqibi”; Yunanıstan mətbuatında “Türk liderin siyasi mənəvi yaranmasında müəyyən rol götürən Gülən”, “Qərb tərəfdarı mövqeyi ilə mühafizəkar islamı əsasları birləşdirən"; Səudiyyə Ərəbistanı mətbuatında “terrorçu təşkilatın başçısı”, “çevriliş cəhdindən məsul sürgündəki dini lider”; Misir mətbuatında “Türk din xadimi”, “hərbi çevriliş cəhdinin birinci yerdəki günahkarı”, “İslami mütəfəkkir”, Kıbrıs Rum mətbuatında “sərhədlərini xeyli zamandır ötən xidmət hərəkatının atası” və İsveç mətbuatında “Mərkəzi ABŞ-da olan vaiz”, “müsəlman lider”, “sürgündəki islamçı vaiz” kimi təsvirlərlə yer tutub.

Fətullah Gülən üçün “təmkinli” təsvirlərə üstünlük vermə cəhdləri

Qərb mediasının Türkiyə əleyhindəki mövqeyinə FETÖ-nün son illərədək zəkat, sədəqə, qurban adı dalında Türk xalqının xeyirxahlığından sui-istifadə edərək topladığı pullarla həyata kecirdiyi lobbiçilik fəaliyyətlərinin də dəstəyi olduğu, araşdırmamızın ortaya qoyduğu məlumatlardan biridir.  Müxtəlif media orqanları ilə təşkilat mənsubları arasında qurulan yaxın əlaqələr, müxtəlif xarici siyasi xadimlərin Türkiyə əleyhinə hesabat hazırlanması üçün verilən maliyyə dəstəyi isə həmin lobbicilik fəaliyyətlərinin ən konkret dəlilləri kimi qəbul edilir.

Qərb mediasının daha əvvəl PKK və PDY haqqında yayılan xəbərlərdə istifadə etdiyi ifadələr düşünüldüyü zaman bu mövqe Türk xalqı üçün təəccüb doğurmur. PKK və PYD üçün “partizan”, “kürd silahlılar” kimi adlardan istifadə edən Qərb mediası bir daha Türkiyə əleyhində  müxtəlif qeyri-qanuni işlərdə əli olan, yüzlərlə insanın ölümündən, minlərləsinin  yaralanmasından məsul olan FETÖ və quldurbaşı Fətullah Gülən üçün “təmkinli” xüsusiyyətlər ortaya qoyma səylərini davam etdirir.

Türkiyənin Mətbuat-Yayım İnformasiya müdirinin müavini Əkrəm Okutan həmin araşdırma ilə əlaqəli olaraq Anadolu xəbər agentliyinin müxbirinə açıqlama verib. Okutan araşdırma ilə beynəlxalq mətbuatda əks edən xəbərlərin FETÖ-nün həqiqətdə kimlərə xidmət etdiyini ortaya qoyduğunu bildirərək, beynəlxalq mətbuatın Türkiyədə demokratiya bəhs mövzusu olduqda sinfi keçə bilmədiyini ifadə edib.



Әlaqәli Xәbәrlәr