Türkiyə-İsrail-Rusiya münasibətlərinin bölgəyə təsiri

Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalının “Daily Sabah”dakı (02.07.2016) məqaləsi, I hissə

522741
Türkiyə-İsrail-Rusiya münasibətlərinin bölgəyə təsiri

  Bu günlər Türkiyə həm İsrail, həm də Rusiya ilə olan əlaqələrini inkişaf etdirəcək iki tarixi diplomatik uğura səhnə oldu. Bu, qonşu bölgələrə də müsbət təsir deməkdir.

  Türkiyə İsrail və Rusiya ilə olan əlaqələrini normallaşdırmaq üçün iki əhəmiyyətli addım atdı. Bu xarici siyasətin regional sülh və sabitlik üçün mühüm nəticələri olacaq. Prosesin uzun müddətdir davam edən Fələstin və Suriya problemlərinə və DAEŞ və PKK terrorizminə qarşı mübarizəyə yardımolma potensialı yüksəkdir.

  Az qala 6 ilə yayılan uzun müzakirələrdən sonra Türkiyə və İsrail səlahiyyətliləri ölkələr arasında əlaqələri normallaşdırmaq üçün 29 iyun 2016-cı ildə razılaşma imzaladılar. Müqavilədə Türkiyənin qarşıya qoyduğu ikinci və üçüncü şərtlər yerinə yetirilir:

  1. Mavi Mərmərə gəmisinə İsrailin etdiyi basqın zamanı öldürülənlərin ailələri üçün təzminat və
  2. Qəzza üzərində blokadanın qaldırılması.

  Bu yerdə qeyd edək ki, İsrailin Baş naziri Benjamin Netanyahu 2013-ci ildə ABŞ prezidenti Barak Obamanın qarşısında telefon danışığı zamanı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan onsuz da üzr istəmişdi.

  Normallaşma razılaşması nəhəng geosiyasi ağırlığa malik iki əhəmiyyətli sahədə yeni səhifə açır: Türkiyə-İsrail əlaqələri və Qəzzadakı vəziyyət. Tərəflər səfirlər göndərmə müddətini başlamağa, iqtisadi və turizm əlaqələrini yenidən bərpa etməkdə razılaşdılar. Bu səbəbdən iki tərəfin də yeni fəaliyyətlərinə şahid olacağıq.

  Eyni dərəcədə əhəmiyyətli olan nüanslardan biri də Türkiyəyə humanitar və mülki yardımlar (yemək, tibbi vəsaitlər və s.) göndərilməsi üçün icazə verilməsidir, məsələn, Qəzza ilə bağlı. Razılaşmadan sonra ilk işlərdən biri Türkiyənin qəzzalılara Ramazan Bayramı üçün ilk yardım gəmisinin İsrailin Ashdod limanına yola düşməsi oldu.

  Buna əlavə olaraq İsrail tərəfi razılaşmanın bir hissəsi olaraq Qəzzadakı həyat şərtlərinin yaxşılaşdırılması üçün zəmanət verib və Türkiyə bu vəziyyəti dəyərləndirir. İşə əvvəlcə qəzzalılara gündəlik verilən elektrik və su miqdarının artırılması ilə başlanılacaq. Məhdud elektrik və su Qəzzada sağlamlıqdan tutmuş əkinçiliyə qədər hər şeyə təsir edən çox böyük problemdir. Hal-hazırki su və elektrik infrastrukturunu yoxlamaq üçün Türkiyənin mütəxəssislərdən ibarət qrupu Qəzzaya gedəcək və iş qısa müddətdə başlanacaq. Bundan sonra Türkiyə davam edən layihələrini - Qəzza Xəstəxanası və son Qəzza hücumunda evlərini itirənlər üçün tikdirdiyi yaşayış binalarını tamamlayacaq.

   Ümid edilir ki, Qəzza gündəlik həyatında bu yeni Türkiyə-İsrail razılaşmasının konkret nəticələrini görəcək. Türkiyə bunu etmək üçün hazırdır və İsrailli səlahiyyətlilər də bunun əhəmiyyətini anlayacaqalr.

  Məsələnin siyasi tərəfinə baxaq. Türkiyə Fələstin xalqının müstəqil dövlətə olma haqqını, döyüşün, qarşıdurmanın, çəkilən ağrıların, işğalın sona çatmasını dəstəkləməyə davam edəcək. Eyni zamanda, Türkiyə fələstinli qruplarla əlaqə saxlayacaq, İordaniya ilə Qəzzadakı bütün fələstinlilərə kömək etməyi sürdürəcək.

  İsraillə olan əlaqələrini normallaşdıraraq Türkiyə sülh prosesində iştiraketmə şansını artırmaq, gərəksiz gərginlikləri və həyat itkilərinin qarşısını almaq yolundadır. Bu vəziyyət Qüdsdəki Əqsa məscidi və ətrafındakı həssas və mühüm yerlər üçün də etibarlıdır.



Әlaqәli Xәbәrlәr