Ədalət və İnkişaf Partiyası vədlərini yerinə yetirməyə başladı

Seçkilərdən sonra təkbaşına hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası vədlərini yerinə yetirməyə başladı.

410301
Ədalət və İnkişaf Partiyası vədlərini yerinə yetirməyə başladı

Seçkilərdən sonra təkbaşına hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası vədlərini yerinə yetirməyə başladı.
Əhməd Davudoğlu böyük uğur gətirən seçki vədlərinin həyata keçirilməsi üçün əməliyyat planı hazırlanması ilə bağlı tapşırıq verib.
Bununla bağlı yaradılacaq komissiya vədlərin vacibliyi ardıcıllığı ilə sıralanaraq yeni hökumətin tətbiq edəcəyi 100 günlük təcili əməliyyat planını formalaşdıracaq.
Komissiya vacib qanunların hazırlanmasını da təsbit edəcək.
Bu addımlar sürətlə planlaşdırılıb tezliklə həyata keçiriləcək.
Bütün iqtisadi vədlərin illik xərci 22 milyard lirə təşkil edir.
Məclisdəki büdcə fəaliyyəti mənasında əvvəlcə bu maliyyə mənbəyinin hardan əldə olunacağı açıqlanacaq.
Ədalət və İnkişaf Partiyası 100 gün ərzində müəyyən tarixlərdə bunları həyata keçirməyi nəzərə alıb.
-Mənzil almaq üçün hesab açan və 25 faizini əvvəlcədən ödəyənə 15 faiz güzəşt olunacaq.
- Qadınlar 100 min lirəyə qədər və 5 il istifadə edəcəkləri kreditlər üçün 85 faiz zaminlik imkanı qazanacaqlar.
- Doğuş məqsədi ilə ödənişsiz məzuniyyətdə olanların bu zamanları çalışma illǝrinǝ ǝlavǝ olunacaq.
- Əmək fəaliyyəti ilə məşğul olan qadına ilk uşaqda 2 ay, 3-cü və daha artıq uşaqlarda 6,5 ay müddətinə tam ödənişlə işləmək haqqı və uşağın məktəbə başlama yaşına qədər işləmək haqqı tanınacaq.
-İş qurmaq istəyən gənclərə layihə qarşılığında 50 min lirəyə qədər qarşılıqsız dəstək veriləcək. İstəyənlərə 100 min lirəyə qədər faizsiz kredit veriləcək.
- Yeni iş quran gənclər 3 il gəlir vergisindən azad olunacaqlar.
- İlk dəfə işə başlayan hər bir gəncin maaşı 1 il dövlət tərəfindən qarşılanacaq.
- Lisey və universitet məzunu olan gənclərin ümumi tibbi sığorta xərclərini 2 il ərzində gəlirin olub-olmamasından asılı olmayaraq dövlət ödəyəcək.
-Gənclər təmənnasız internetlə təmin olunacaqlar.
- Bütün işçilər və öz işi ilǝ mǝşğul olan işçi təqaüdçülərinə illik əlavə 1200 lirə veriləcək.
- Təqaüdçülərə Toplu Tikinti İdarǝsi Sǝdrliyi (TOKİ) vasitǝsilǝ 240 ay kreditlǝ ayda 250 lirǝ ödǝyǝrǝk mǝnzil sahibi olma imkanı verilǝcǝk.
-Ticarǝtlǝ mǝşğul olanlara 30 min lirəyə qədər faizsiz kredit veriləcək.
- Yem və gübrədə ƏDV aradan qaldırılacaq.
- Məşğulluq mərkəzlərinə işçi qəbul edilməsi ilə bağlı müzakirələr başlayacaq.
- Tələbə təqaüdləri 330 lirədən 400 lirəyə qaldırılacaq.
-Polislərin xidmət haqqı 25 fazi artacaq.
-Aşağı rütbəli hərbçilərin maaşları artırılacaq.
-Kənd icra nümayəndələrinin əmək haqları 350 liraya yaxın artırılacaq.
- 65 və daha çox yaşı olan insanlar kimin yanında yaşamasından asılı olmayaraq maaşlarını ala biləcəklər.
- Fevral ayı 30 min yeni müəllim işə götürüləcək.
-Bunlardan ǝlavǝ ilk 100 gün ərzində hazırlıqlara əvvəlcədən başlanan azad fikir vǝ söz azadlığının sərhədlərini genişləndirən bəzi islahatlar paketlərinin də Məclisə təqdimetmə prosesinin başa çatdırılması hǝdǝfǝ alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr